Qarabağın erməni sakinləri Laçın postundan növbəti dəfə maneəsiz keçiblər

Bu gün Laçın DSBM-dən (Dövlət Sərhəd Buraxılış Məntəqəsi) Gorus-Xankəndi istiqamətində Qarabağ ermənilərinin növbəti keçidi təmin edilib.

Trend xəbər verir ki, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus-8 nəqliyyat vasitəsi ilə 24 nəfərin sərbəst, heç bir maneə ilə üzləşmədən keçidi baş tutub.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

ƏvvəlkiBakıda atmosferi çirkləndirən daş karxanası cərimələnib
NövbətiKoronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı