Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.

Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.

ƏvvəlkiUEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
Növbəti“Sağlam Həyata Təminat” narkomaniyaya qarşı mübarizə tədbirləri həyata keçirilib