“Sağlam Həyata Təminat” narkomaniyaya qarşı mübarizə tədbirləri həyata keçirilib

Sentyabr ayının 23-də Dəmir Yolu və Metropaliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə “Sağlam Həyata Təminat” narkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkili layihəsi üzrə 2 ci təlimi keçirilmişdir.

Tədbirdə  tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, təhsilalanlarla İş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva Psixoloq Aygün Şəmsəliyeva Hərbi rəhbər Əli Məmmədov iştirak etmişdir.

Sonda həmin tədbirin təşkilində köməkliyinə görə, təhsil mərkəzinin direktoru Zülfüqar Əskərova, direktor müavini Fuad Əliyevə və təhsilalanlarla İş şöbəsinin müdiri Nəzakət Allahverdiyevaya dərin minnətdarlığımızı bildiririk.

ƏvvəlkiQarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb
NövbətiAzərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb