Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsində güləşən Sənan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.

Əvvəlki“Sağlam Həyata Təminat” narkomaniyaya qarşı mübarizə tədbirləri həyata keçirilib
Növbətiİpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 963 ipoteka krediti verilib