İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 963 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 46 min 963 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 799 milyon 162 min 925 manatdır.

ƏvvəlkiAzərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb
NövbətiOmbudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışıb