İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 40 min 118 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 40 min 118 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 256 milyon 506 min 744 manatdır.

ƏvvəlkiReabilitasiya mərkəzindəki görüntülərin araşdırılması Ombudsmanın nəzarətinə götürülüb
Növbəti“Kibergigiyena layihəsi”nin ilk məzunları məlum olub