“Kibergigiyena layihəsi”nin ilk məzunları məlum olub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin dövlət qurumları üzrə koordinasiyasını həyata keçirdiyi və 4 000 dövlət qurumu əməkdaşının iştirak etdiyi “Kibergigiyena layihəsi”nin ilk məzunları məlum olub.

“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, 3 mərhələdən ibarət olan müsabiqəsinin ilkin mərhələsini 80% istifadəçilər tamamlasa da, yalnız 3 dövlət qurumunun – Zərdab, Yardımlı və Ucar Rayon İcra Hakimiyyətlərinin pilot layihədə iştirak edən əməkdaşları bütün mərhələləri keçməklə layihənin ilk məzunları adına layiq görülüblər.

Əvvəlkiİpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 40 min 118 ipoteka krediti verilib
NövbətiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib