Özbək alimləri pomidordan COVID-19 əleyhinə yeni nəsil vaksin hazırlayıblar

Özbək alimləri genetik vektorlar və pomidor bitkisinin əsasında COVID-19 infeksiyası əleyhinə yeni nəsil vaksin hazırlayıblar.

AZƏRTAC özbək KİV-lərinə istinadla xəbər verir ki, alimlər koronavirusun S1 antigen zülalını kodlaşdıran gen parçasını xüsusi vektorlara yerləşdirib və onu pomidor hüceyrələrinin genomuna salıblar. Bu hüceyrələrdən müntəzəm olaraq S1 antigen zülalı istehsal edən pomidor bitkisi alınıb. Göstərilib ki, bu bitkilərdən alınan pomidor meyvələri S1 sabit antigen zülalını 0,77 mkq/q miqdarında sintez edir və TOMAVAC peyvəndi qismində seçilib.

Hazırlanmış TOMAVAC vaksininin sınaqları göstərib ki, siçanlar və könüllülər (insanlar) serumda və (IgG) bağırsaqlarda yüksək səviyyədə neytrallaşdırıcı antikor (IgA) istehsal edirlər.

Sınaqda iştirak edən könüllülərdə və siçanlarda heç bir mənfi yan təsir müşahidə olunmayıb.

Bu tədqiqat göstərib ki, TOMAVAC ikifazalı müdafiəni təmin edən (bağırsağın selikli qişası və qan) təhlükəsiz vaksindir və o, elmi ictimaiyyətə COVID-19 əleyhinə birbaşa istifadə üçün nəzərdə tutulan ilk vaksin kimi təqdim olunub.

Vaksinin tədqiqi “Frontiers in Nutritional Immunology” (IF=5,0) nüfuzlu xarici jurnalında dərc edilib, bundan başqa siçanlar və könüllülər (insanlar) üzərində aparılmış immunogenlik və biotəhlükəsizlik sınaqlarının birinci mərhələsinin nəticələri açıqlanıb.

ƏvvəlkiEkologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuraya seçkilər keçiriləcək
NövbətiMəzahir Pənahov: Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib