Rusiya daxili bazara yanacaq tədarükünü artırmaq üçün idxalı artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Vesti”yə verdiyi müsahibədə bu barədə danışıb. O, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının yanacaq bazarına təsirini qiymətləndirib.
Novak Rusiyanın həm qonşu, həm də digər ölkələrdən yanacaq idxalını artırmağı planlaşdırdığını bildirib və qeyd edib ki, onlar da yerli istehsalı artırmaq üçün çalışırlar.
“Çətinlik var, amma hələlik hiss olunmur. Əlavə təchizat təmin etməklə və təmir işlərini təxirə salmaqla vəziyyəti aradan qaldırırıq”, – deyə o qeyd edib.
Aleksandr Novak bildirib ki, zərurət yaranarsa, OPEC+ ölkələri bazarı balanslaşdırmaq üçün əlavə tədbirlər görə bilər və qrupun 2027-ci il üçün istehsal kvotalarının iyun ayında keçiriləcək nazirlər görüşündə müəyyən edilməsi planlaşdırılır.




















































