Məzahir Pənahov: Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib

Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Təxminən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesabla üç müşahidəçi düşür.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.

“Müşahidəçilərin çox olmasını alqışlayırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seçki prosesini izləsinlər”, – deyə MSK sədri qeyd edib.

ƏvvəlkiÖzbək alimləri pomidordan COVID-19 əleyhinə yeni nəsil vaksin hazırlayıblar
NövbətiSəbinə Əliyeva: Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmaqla daim sülhsevər siyasət aparıb