Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin kütləvi saxlanmasını həyata keçirir.

“Report” xəbər verir ki, bu barədə yerli KİV-lər mənbələrə istinadən məlumat yayıb.

Həmin şəxslərin hakimiyyəti zorla ələ keçirməyi planlaşdırdığı bildirilir.

Saxlanılanların adları, həmçinin, onların hansı siyasətçilərlə əlaqəli ola biləcəyi açıqlanmır.

ƏvvəlkiVaşinqtonda Azərbaycan ilə Ermənistan arasında növbəti görüş keçiriləcək – Nazir açıqladı
NövbətiMərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb