Olaf Şolts: AFR Nazirlər Kabineti iyunun 14-də milli təhlükəsizlik strategiyasını qəbul edəcək

Almaniya Nazirlər Kabineti iyunun 14-də milli təhlükəsizlik strategiyasını qəbul edəcək.

Həmin sənədin təsdiqlənməsi iqtidar koalisiyadakı fikir ayrılığına görə dəfələrlə təxirə salınmışdı.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Olaf Şolts Şərqi Almaniya İqtisadi Forumunda bildirib. O qeyd edib ki, strategiyada Almaniyaya kritik vacib olan xammal tədarükünün təmin edilməsinə mühüm yer ayrılacaq.

Almaniya kansleri, həmçinin bildirib ki, AFR Avropa İttifaqının Cənubi Amerika, Asiya və Afrika ölkələri ilə yeni azad ticarət sazişlərinin tərəfdarıdır.

ƏvvəlkiSuriyada PKK/YPG-nin sığınacağı dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib
NövbətiAzərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək