AZPROMO: “Made in Karabakh” əmtəə nişanının layihəsi hazırlanıb

“Made in Karabakh” əmtəə nişanının layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, “Made in Azerbaijan” və “Made in Karabakh – heart of Azerbaijan” əmtəə nişanlarına dair istifadə qaydaları layihəsi hazırlanaraq müvafiq strukturlara rəy verilməsi üçün təqdim edilib.

“Ötən il Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” vahid ölkə stendi ilə 5 beynəlxalq sərgidə iştirakı təmin olunub. Bu ilin yanvarında İraqda “Yaşıl həftə” sərgisində Azərbaycan öz məhsulları ilə təmsil olunub. Bu il Yaponiya, Koreya və Almaniyada keçiriləcək sərgilərdə də Azərbaycanın iştirakı nəzərdə tutulur”, – deyə Yusif Abdullayev vurğulayıb.

ƏvvəlkiKəlağayı Ev Muzeyində növbəti tədbir keçirilib
NövbətiSTP Şirkətlər Qrupu velosiped zolaqlarının quraşdırılması layihəsində iştirak edəcək