Azərbaycan atıcısı Almaniyada keçirilən yarışda finala vəsiqə qazanıb

Azərbaycan atıcısı Vladislav Kalmıkov Almaniyanın Münxen şəhərində keçirilən “H&N Kuboku”nda uğurlu nəticə əldə edib.

AZƏRTAC xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada fərqlənərək finala vəsiqə qazanıb.

Digər idmançımız Leyla Əliyeva isə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada bürünc medala yiyələnib.

ƏvvəlkiAzərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb
NövbətiYanvarın 28-i Ümumdünya Cüzam Xəstələrinə Yardım Günüdür