Suriyada PKK/YPG-nin sığınacağı dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu Suriyada PKK/YPG qruplaşmasının sözdə qərargah adlanan obyektini dağıdıb, 7 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə ordusu PKK/YPG-nin təşkil etdiyi hücumlara cavab verib.

Terrorçuların hücumu zamanı Türkiyə hərbçilərinə heç bir ziyan dəyməyib.

Terrorçuların hücumunun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyənin silahlı qüvvələri tərəfindən güclü əks zərbələr endirilib.

ƏvvəlkiŞotlandiyanın müstəqillik tərəfdarı olan keçmiş birinci naziri həbs edilib
NövbətiOlaf Şolts: AFR Nazirlər Kabineti iyunun 14-də milli təhlükəsizlik strategiyasını qəbul edəcək