Türkiyə xüsusi xidmət orqanları təhlükəli PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə xüsusi xidmət orqanları PKK terror təşkilatının “Vecin Ciyan” (Hicran İcuz) kod adlı üzvünü uğurla zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbədən bildirilib.

Məlumata əsasən, o, qruplaşmanın “Qadınlar və Gənclik Hərbiləşdirilmiş Qolları” adlanan təşkilata rəhbərlik edib.

Bildirilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında yerləşən Hasek vilayətində terrorçunun məhv edilməsi istiqamətində uğurlu əməliyyat keçirib.

H.İcuz hücumların və sui-qəsdlərin, o cümlədən sərhədyanı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumların planlaşdırılmasında iştirak edən əsas fiqurlardan olub.

ƏvvəlkiQaradağ rayonunda mikroavtobus yanıb
NövbətiQanunsuz erməni dəstələrinin Xocalı istiqamətində fortifikasiya qurğuları hazırlamaq cəhdlərinin qarşısı alınıb