Türkiyə ordusunun 5 əsgəri şəhid olub, xəsarət alanlar var

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi “Pence-Kilit” əməliyyatı bölgəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb.

“12 yanvar 2024-cü il tarixində “Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.

İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – nazirlikdən bildirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.

ƏvvəlkiAzərbaycanda ƏDV ödəyicilərinin sayı 14 faizdən çox artıb
NövbətiZelenski Ukraynaya 50 milyard avroluq yardımın anonsunu verib