Zelenski Ukraynaya 50 milyard avroluq yardımın anonsunu verib

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 1-də Avropa İttifaqından 50 milyard avro məbləğində Ukrayna Fondunun yaradılması ilə bağlı müsbət nəticə gözlədiyini bildirib.

“Report”un Şərqi Avropa bürosunun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak ilə Volodimir Zelenskinin Kiyevdə keçirdiyi birgə mətbuat konfransından verdiyi məlumata görə bunu Ukrayna Prezidenti bildirib.

“50 milyard avro məbləğində uzunmüddətli dəstək ilə bağlı məhz fevralın 1-də müsbət qərarın verilməsi üçün çalışırıq. Əsl nəticəni fevralın 1-də sizinlə birlikdə görəcəyik. Bunun üzərində hər gün iş gedir.

Vaşinqtondan dayanan yardıma gəlincə, mən buna dekabrda etdiyim açıqlamadan daha müsbət nəticələrlə baxıram. Düşünürəm ki, biz bununla da bağlı müsbət nəticəyə nail olacağıq”- Zelenski vurğulayıb.

Prezident bu durumda hava hücumundan müdafiə ilə bağlı Ukraynanın mövcud gücünü də şərh edib: “Hava hücumundan müdafiə sistemləri kontekstində dövlətimizin hərtərəfli müdafiəsinə malik olduğumuzu söyləmək hələ tez olardı. “Patriot” sistemləri kifayət qədər deyil, fərqli diapazonlu kifayət qədər uyğun sistemlər yoxdur, lakin buna baxmayaraq, onlar yavaş-yavaş bizə göndərilir. Nəsə əldə olunub.

Biz tərəfdaşlarımızla yeni bir şey haqqında razılığa gəlmişik. Təfərrüatları açıqlamayacağam. Amma yaxşı nəticələr var. Ancaq sizinlə razıyam ki, müvafiq olaraq Ukraynada xüsusilə ballistik raketlər ilə mübarizə aparan sistemlərimiz hələ yoxdur”, – Prezident əlavə edib.

ƏvvəlkiTürkiyə ordusunun 5 əsgəri şəhid olub, xəsarət alanlar var
NövbətiQar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb