Qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb

Qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu gün Şamaxıya yağmağa başlayan qar axşam saatlarında intensivləşib. Qarın yağması və havanın şaxtalı olması səbəbindən sözügedən avtomobil yolu buz bağlayıb, nəticədə 100 dən çox avtomobil yolda qalıb. Qar avtomobil yolunun Muğanlı dolaylarında hərəkəti daha da keçilməz edib. Muğanlı-İsmayıllı, həmçinin Ağsu istiqamətində yollarda hərəkət çətinləşib. Yaranan tıxac səbəbindən avtomobillər sürüşərək bir-birinə dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub.

ƏvvəlkiZelenski Ukraynaya 50 milyard avroluq yardımın anonsunu verib
NövbətiNeft daşlarında dalğanın hündürlüyü 4,2 metrə çatıb