Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İyirmi bir ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Qeyd edək ki, idmançılarımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.

Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.

ƏvvəlkiOlaf Şolts: AFR Nazirlər Kabineti iyunun 14-də milli təhlükəsizlik strategiyasını qəbul edəcək
NövbətiSabah dumanlı hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq