Sabah dumanlı hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

“Report”un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 12-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər dağlıq ərazilərdə magistral avtomobil yollarında görünüş məsafəsinin 700 -1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.

ƏvvəlkiAzərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək
NövbətiAzərbaycanın veteran cüdoçuları Avropa çempionu oldular