Küləyin sürəti saniyədə 25 metrədək güclənəcək

Yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 3-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metrə, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Yanvarın 3-4-də əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, bəzi yerlərdə arabir 20-25 metr/saniyətədək güclənəcəyi proqnozlaşdırılır.

ƏvvəlkiVəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb
NövbətiSon iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb