İranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatıb

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Ölənlərin sayı 103 nəfər təşkil edir.

Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.

Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlərdə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

ƏvvəlkiZelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib
NövbətiFransada yaşayan soydaşlarımız Evian-le Bən şəhər meriyasına etiraz ediblər