Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib.

ƏvvəlkiSankt-Peterburqda müharibəyə “könüllü” kimi cəlb edilməsi məqsədilə minlərlə miqrant saxlanılıb
Növbətiİranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatıb