Fransada yaşayan soydaşlarımız Evian-le Bən şəhər meriyasına etiraz ediblər

Fransanın Evian-le Bən şəhər meriyasının “Azərbaycan bağı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

AZƏRTAC xəbər verir ki, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-le Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-le Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan bağı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir.

Əvvəlkiİranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatıb
NövbətiAzərbaycan İrana başsağlığı verib