Hökumətlərarası təqaüd proqramları çərçivəsində Çində təhsil təqaüd proqramı elan edilib

Çin Xalq Respublikası 2024–2025-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramına sənəd qəbulu dekabrın 25-dək aparılacaq. Tələbələrin proqrama qəbulu ilə bağlı yekun qərarın 2024-cü ilin iyul – avqust ayları ərzində təqdim olunması gözlənilir.

Proqram çərçivəsində təhsilə dair əlavə məlumatIar nazirliyin saytında yerləşdirilib.

Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil imkanı yaradır.

ƏvvəlkiTürkiyənin milli müdafiə naziri Bakıda Türk şəhidliyini ziyarət edib
NövbətiAygün Əliyeva: Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəb tarixdə vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi qalacaq