Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

ƏvvəlkiFHN Akademiyasına kursant qəbulu elan edilir
NövbətiFevralda nə üçün hər dörd ildən bir 29 gün olur?