Hindistanın kosmik gəmisi Ayın cənubuna enib

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.

Qeyd edək ki, bir neçə gün önəcə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.

ƏvvəlkiABŞ-ın neft ehtiyatları bir həftə ərzində 6,1 milyon barel azalıb
NövbətiDardanel boğazının tək istiqamətli olaraq gəmilərin hərəkəti üçün açılması nəzərdə tutulub