Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ baş verib

Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.

ƏvvəlkiZəfər Gününə həsr olunan ölkə birinciliyinin qalibləri müəyyənləşib
NövbətiAvtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək