Ərdoğan G20 sammitində iştirak etmək üçün Hindistana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak etmək məqsədilə Hindistana yola düşüb.

“Report” xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıb.

R.T.Ərdoğan həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.

Qeyd edək ki, sabah Hindistanın paytaxtı Yeni Dehlidə G20-nin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayacaq.

Əvvəlki“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib
NövbətiAzərbaycan XİN Şimali Makedoniyanı Milli Günü münasibəti ilə təbrik edib