Ərdoğan: Rusiya xalqının kədərini bölüşürük

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu şiddətlə qınayıb.

“Report”un xəbərinə görə, qardaş ölkə prezidenti bunu Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

R.T. Ərdoğan vurğulayıb ki, terror kimdən gəlirsə, törədən kim olursa-olsun, qəbuledilməzdir: “Biz terrorun qanlı, xain üzünü çox yaxşı bilir, rus xalqının kədərini bölüşürük”.

Əvvəlki“Crocus City Hall”da ölənlərin sayı 150-yə çatıb
NövbətiMoskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq AZAL sərnişinlərə müraciət edib