Hindistan Ermənistana haubitsa tədarük edib

Ermənistan Hindistandan 6 “ATAGS” haubitsası alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Indian Defence Research Wing” məlumat yayıb.

Yerli müdafiə şirkəti “Bharat Forge” açıqlayıb ki, haubitsalar avqustun əvvəlində təhvil verilib.

Bu, imzalanmış müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır. Sənəd növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Eyni zamanda qeyd olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.

ƏvvəlkiDüşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib
NövbətiVaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında erməni bayrağı qaldırılıb