Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında erməni bayrağı qaldırılıb

Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyası keçirilib.

“Report”un məlumatına görə, bu mitinqdə Ermənistan bayrağı da qaldırılıb.

Qeyd edək ki, Qubad İbadoğluna dəstək olaraq senatorlar Bob Menendes və Kris Van Hollen, eləcə də anti-Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə tanınan və ABŞ-dəki erməni lobbisi tərəfindən maliyyələşdirilən konqresmen Kris Smit onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

ƏvvəlkiHindistan Ermənistana haubitsa tədarük edib
NövbətiAzərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlər müsbət dinamikada davam edir