ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 6,1 milyon barel azalıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 6,1 milyon barel azalaraq avqustun 18-nə 433,5 milyon barel təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd edilib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2% aşağıdır.

ƏvvəlkiCəlilabadda bu mövsüm 160 min tona yaxın kartof tədarük olunub
NövbətiHindistanın kosmik gəmisi Ayın cənubuna enib