“Heydər Zirvəsi”nə yürüş təşkil ediləcək

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə layihənin icrasına start verib.

Medianın İnkişafı İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin şərəfli ömür yoluna və irsinə həsr edilən çoxsaylı və müxtəlif formatlı fəaliyyətləri özündə ehtiva edən tədbirlər planını reallaşdırmaqla gənclərin hərtərəfli inkişafı və vətənpərvərlik ruhunda yetişdirilməsi işlərinə töhfələr verməkdir.

Qeyd edək ki, “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə çərçivəsində məktəblilərin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, onun adı ilə bağlı olan məkanlara ekskursiyası təşkil ediləcək. Ekskursiya proqramı “Heydər zirvəsi”nə yürüşlə başa çatacaq. Yürüşdə iştirakçı qismində jurnalistlər, QHT nümayəndələri və digər tanınmış şəxslər iştirak edəcəklər. Bundan başqa, layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı məkanlardan çəkilən fotoların müsabiqəsi keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.

Əvvəlkiİranda tanınmış aktyorun evinə basqın: həbs edildi
NövbətiEnergetika Nazirliyinin vəzifələri artırılıb