Azərbaycan Qran-Prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib.

AZƏRTAC xəbər verir ki, saat 12:45-də başlayan yürüş bir dövrədən ibarət olub.

Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib.

Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.

ƏvvəlkiŞimali Kipr Türk Respublikası TÜRKPA-ya müşahidəçi üzv seçilib
Növbəti“Red Bull Racing” komandasının pilotu Serxio Peres ikinci dəfə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub