İranda tanınmış aktyorun evinə basqın: həbs edildi

İranın təhlükəsizlik əməkdaşları aktyor Məhəmməd Sadiqinin Tehrandakı evinə basqın edərək onu saxlayıblar.

Trend xəbər verir ki, tanınmış aktyor Məhəmməd Sadiqinin həbsi bir çox aktyor və sənətçinin etirazı ilə qarşılanıb. Onlar bəyanat yayaraq sənətçilərə qarşı yeni repressiya dalğasının başladığını qeyd ediblər.

Qeyd edək ki, Məhəmməd Sadiqi saxlanılmamışdan öncə sosial mediada paylaşımlar edərək hökumətin vətəndaşların geyim tərzi və şəxsi həyatına müdaxiləsini, yeni cəza tədbirlərini pisləyib, insanları buna qarşı çıxmağa çağırıb.

ƏvvəlkiDünya bazarında qızıl ucuzlaşıb
Növbəti“Heydər Zirvəsi”nə yürüş təşkil ediləcək