FHN: Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

Xaçmazda dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Xaçmaz” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.

ƏvvəlkiAvropa çempionatı: Qadın voleybolçulardan ibarət millimiz Yunanıstan millisinə qalib gəlib
NövbətiSabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb