Avtomobil qəzası nəticəsində Xaçmaz şəhəri işıqsız qalıb

Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, H.Z.Tağıyev küçəsində “Ford” markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır.

Faktla bağlı araşdırmaya başlanılıb.

ƏvvəlkiAzərbaycanlı qazilər Mersində bir sıra rəsmi və hərbyönümlü şəxslərlə görüşüblər
NövbətiYetmişə yaxın xüsusi qayğıya ehtiyacı olan uşağın iştirakı ilə bayram şənliyi keçirilib