Avropa çempionatı: Qadın voleybolçulardan ibarət millimiz Yunanıstan millisinə qalib gəlib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstan komandası ilə qarşılaşıb.

İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.

ƏvvəlkiBakıda 100-dən çox Çin şirkətinin məhsulları sərgilənəcək
NövbətiFHN: Batma təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib