FHN: Xaçmazda fərdi yaşayış evlərindən su çəkilərək kənarlaşdırılır

Fövqəladə Hallar Nazirliyinin – 112 – qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonunun Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Qurumdan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

ƏvvəlkiTürkiyə XİN başçısı Azərbaycana gəlir
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib