Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Bu gün Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Zuğulba”, “Mərdəkan” və “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.

ƏvvəlkiKonfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələyə yüksəlib
NövbətiAzərbaycanın 16 vətəndaşı Suriyadan repatriasiya edilib