Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Qan Bankının tibbi personalının iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəlikləri, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə aparılıb.

Qanvermə aksiyasında nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.

ƏvvəlkiAzərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Sazlı, sözlü kəlağayı günləri” tədbiri keçirilib
NövbətiŞəhid Məstalı İxtiyar oğlu Əliyevin anım günü tədbiri keçirilib