Çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində xilasetmə əməliyyatı həyata keçirib.

FHN-dən AZƏRTAC-a bildirilib ki, əməliyyat nəticəsində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

ƏvvəlkiYunanıstan parlamenti hökumətə etimad üçün səs verib
NövbətiFidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər