Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək Alyansın Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

ƏvvəlkiÇimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub
NövbətiMusiqili Teatrda 113-cü mövsüm başa çatmaq üzrədir