Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı açıqlanıb

Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransı çərçivəsində Uqanda Respublikasının Qeyri-hökumət təşkilatları ilə birlikdə “Qadınların hüquqları və səlahiyyətləndirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır: “Bundan əlavə, 8 nazir müavini, 2 komitə sədri, 1 icra başçısı, 68 icra başçısının müavini də qadındır. Son illər ölkədə qadın hakimlərin sayında da artım var. Bələdiyyələrdə çalışanların 38 faizini qadınlar təşkil edir”.

ƏvvəlkiAzad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
Növbətiİraq Prezidenti Əbdüllətif Camal Rəşidin rəsmi qarşılanma mərasimi olub