Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə “Report”a Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb

İbtidai istintaq davam etdirilir.

ƏvvəlkiAzərbaycan güləşçiləri bürünc medallar uğrunda mübarizə aparacaqlar
NövbətiAzərbaycan güləşçisi Yusif Dursunov dünya çempionu olub