Türk Silahlı Qüvvələrinə ilk dəfə qadın admiral təyin edilib

Türk Silahlı Qüvvələrinə (TSK) ilk dəfə qadın admiral təyin edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanan Ali Hərbi Şura (YAS) qərar verib.

Qərarə əsasən, qərargah polkovniki Gökçen Fırat Dəniz Qüvvələri Komandanlığında admiral rütbəsi alıb.

Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.

ƏvvəlkiGürcüstanda azərbaycanlı sahibkarı başından güllələyən şəxs saxlanılıb
NövbətiMingəçevir su anbarında 2 nəfər batıb