Mingəçevir su anbarında 2 nəfər batıb

Mingəçevir su anbarında 2 nəfər batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

ƏvvəlkiTürk Silahlı Qüvvələrinə ilk dəfə qadın admiral təyin edilib
NövbətiBakıda qanunsuz fəaliyyət göstərən pendir anbarı aşkarlanıb