“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”nin VI kitabı nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatında işıq üzü görən 460 səhifəlik kitab Xalq yazıçısı Mehdi Hüseyn və tarixi ədəbi prosesə həsr olunub. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində tərtib edilən kitaba Mehdi Hüseynin şəcərəsi, tərcümeyi-halı və yaradıcılıq yolunu əhatə edən, müasir demokratik elmi meyarlar mövqeyindən yazılmış tədqiqat işləri daxildir.

İşin layihə rəhbəri və elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Nəşrin rəyçiləri isə filologiya elmləri doktoru Rəhim Əliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

ƏvvəlkiPrezident İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
NövbətiErmənilərin Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib